Menyu

Bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 3 252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verib.

Bu barədə "Operativ Media"ya Fonddan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 1 764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, SİF Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

SİF sahibkarların güzəştli kreditlərlə maliyyələşdirilməsi çərçivəsində 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə əməkdaşlıq edir.

Teqlər:

"Bu il veril\u0259n g\u00fcz\u0259\u015ftli kreditl\u0259rin h\u0259cmi a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər