Menyu

Muxtar Babayev Özbəkistan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Nərmin Qocamanlı
Muxtar Babayev Özbəkistan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Əlaqəli Xəbərlər