Aİ Qazaxıstanla Transxəzər marşrutunun inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib
Nərmin Qocamanlı
Avropa İttifaqı Qazaxıstanla birlikdə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Astanada Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə danışıqların yekununda deyib.
“Avropa İttifaqı Transxəzər beynəlxalq nəqliyyat marşrutunun birgə inkişafında maraqlı olduğunu təsdiqləyir”, - Nurtleu bildirib.
Bundan əlavə, görüş zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma