Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb
Əsəd Abbaslı
Bu ilin I yarısında Azərbaycanda 7 889 ölçmə vasitəsinin monitorinqi aparılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, 6 ay ərzində Dövlət Xidməti metroloji nəzarət tədbirləri çərçivəsində 56 qurumda 8 minə yaxın ölçmə vasitəsinin monitorinqini aparıb, 32 müəssisədə ölçmə vasitələri dövlət nəzarətinə götürülüb.
Qeyd olunub ki, görülən tədbirlər insan həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üzrə ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısının alınmasına xidmət edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net