Armen Qriqoryan Lui Bono ilə Ermənistan-Azərbaycan nizamlanması prosesini və son hadisələri müzakirə edib
Redaksiya
İyulun 25-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə edilib.
Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhün bərqərar olunmasına sadiq olduğunu bildirib.