Xavier Kolomina: NATO Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləyir
Nərmin Qocamanlı
"NATO Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləyir".
"Operativ Media" xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.
"Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək xoş oldu. Görüşdə NATO-Azərbaycan ikitərəfli əməkdaşlığı və sülh danışıqlarının hazırkı vəziyyəti müzakirə edildi. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və uzunmüddətli sülh sazişininin imzalanmasını dəstəkləyir", - paylaşımda deyilir.