Menyu

Erməni politoloq: Türkiyə ilə diplomatik münasibətlərin qurulması məsələsi yaxın gələcəkdə danışıqlar və siyasi sövdələşmə səviyyəsində qalacaq

Nərmin Qocamanlı
Erməni politoloq: Türkiyə ilə diplomatik münasibətlərin qurulması məsələsi yaxın gələcəkdə danışıqlar və siyasi sövdələşmə səviyyəsində qalacaq

Erməni politoloq Vigen Akopyan bildirib ki, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması məsələsi danışıqlar və siyasi sövdələşmə səviyyəsində qalacaq.

"Operativ Media" erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu mövzu həmişə Yerevanın gündəmində olub, lakin 2020-ci il müharibəsindən sonra başqa rəng alıb. Rəsmi Ankara isə bu mövzuda yalnız rəsmi Bakının bütün iddia və tələbləri təmin edildikdən sonra konkret söhbətə başlayacağını açıqlayıb.

Akopyan hesab edir ki, artıq "Dağlıq Qarabağ"ın statusu məsələsi yoxdur. Bundan başqa Ermənistanın indiki rəhbərliyi "Erməni Soyqırımı" məsələsində əvvəlki radikalizm olmadan yumşaq mövqe tutur. 

Əlaqəli Xəbərlər