Ana səhifə / Siyasət / Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək 05.07.2024, 06:22 Əziz Əzizli İranda növbədənkənar prezident seçkilərinin ikinci turu cümə günü keçiriləcək, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq. "Operativ Media" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacağı gözlənilir. Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.