Menyu

İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib

Nərmin Qocamanlı
İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib

Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi yollarının müəyyən edilməsi üzrə danışıqlarda dəstəyə görə təşəkkür edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edən Qazaxıstan-Azərbaycan əməkdaşlığının mütərəqqi inkişafını yüksək qiymətləndirib.

Qazaxıstan Prezidenti bu yaxınlarda Bakı və Şuşaya səfərini xatırladıb və bu səfərin öz əhəmiyyətinə görə tarixi olduğunu vurğulayıb.

"Danışıqlar zamanı biz bir sıra strateji istiqamətlər üzrə gələcək qarşılıqlı fəaliyyətə mühüm təkan verdik", - Tokayev qeyd edib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər. Beynəlxalq təşkilatlar çərçivəsində gələcək qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər:

"\u0130lham \u018fliyev Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan aras\u0131nda dan\u0131\u015f\u0131qlarda d\u0259st\u0259y\u0259 g\u00f6r\u0259 Tokayev\u0259 t\u0259\u015f\u0259kk\u00fcr edib"

Əlaqəli Xəbərlər