Gürcüstanın Baş naziri Ermənistanın xarici işlər naziri ilə görüşüb
Nərmin Qocamanlı
Gürcüstanın Baş naziri Ermənistanın xarici işlər naziri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Məlumata görə, görüşdə İrakli Kobaxidze və Ararat Mirzoyan strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Kobaxidze bir daha bəyan edib ki, Gürcüstan regionda sabit və təhlükəsiz mühitin qorunmasında mühüm rol oynamağa davam edəcək.
Teqlər:
"G\u00fcrc\u00fcstan\u0131n Ba\u015f naziri Erm\u0259nistan\u0131n xarici i\u015fl\u0259r naziri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"