ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur
ABŞ Bakıda keçiriləcək COP29 iqlim konfransında ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur.
“Operativ Media” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ölkəsinin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“ABŞ-nin Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinə yardımı enerji sektorunda əldə edilən ən diqqətəlayiq birgə nailiyyətlərdəndir. ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliklərində ABŞ konsepsiyanın hazırlanması işlərində, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inşasında və istismara verilməsində mühüm dəstək göstərib”, - M.Libbi bildirib.
Səfirin sözlərinə görə, bu il COP29-a Bakının ev sahibliyi etməsi Azərbaycan-ABŞ tərəfdaşlığının növbəti mərhələsidir: “Biz ümumi məqsədi dəstəkləmək - COP29-u uğurlu keçirmək üçün Azərbaycanla tərəfdaşlıq etməkdən məmnunuq. Bu tədbir artıq üzərimizə götürdüyümüz öhdəliklərimizin yerinə yetirilməsini sürətləndirəcək və maliyyələşdirmə sahəsində gələcək ambisiyalarımızı artıracaq”.
Teqlər:
"AB\u015e COP29-da \u00fcmumi m\u0259qs\u0259d\u0259 nail olmaq \u00fc\u00e7\u00fcn Az\u0259rbaycanla i\u015fl\u0259m\u0259kd\u0259n m\u0259mnundur"