Menyu

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib

Nərmin Qocamanlı
Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib.

"Operativ Media" xəbər verir ki, parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Daha sonra “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

Teqlər:

"Milli M\u0259clis Az\u0259rbaycanla Q\u0131r\u011f\u0131z\u0131stan aras\u0131nda imzalanm\u0131\u015f daha iki s\u0259n\u0259di ratifikasiya edib"

Əlaqəli Xəbərlər