Menyu

Nazir: "Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq"

Nərmin Qocamanlı
Nazir: "Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq"

"Şuşada təşkil etdiyimiz "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri və həmkarlarla birlikdə iş adamlarına işğaldan azad edilmiş ərazilərdə biznes üçün yaradılmış əlverişli imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq.

Sahibkarlarımızın həmrəylik və birlik kimi milli dəyərlərimizə sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə verəcəyinə ürəkdən inanırıq", - nazir qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər