Menyu

Co Bayden və Tramp 4 il sonra debata çıxıblar

Əziz Əzizli
Co Bayden və Tramp 4 il sonra debata çıxıblar

ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp noyabrda keçiriləcək seçkilərlə bağlı ilk televiziya debatını keçirirlər.

"Operativ Media" xəbər verir ki,  iki namizəd seçiciləri özlərinə səs verməyə inandırmaq üçün təxminən dörd ildən sonra ilk dəfə bir araya gəlib.

Debat zamanı Tramp Baydeni ABŞ-nin gücünü zəiflətməkdə ittiham edib. O, immiqrasiya və iqtisadi siyasətləri tənqid edib.

Bayden Trampın bir çox açıqlamalarını təkzib edib. “Həyatımda bu qədər cəfəngiyat eşitməmişdim" deyə bildirib.

Müzakirənin həlledici məqamlarından biri Trampın daha əvvəl də bəyan etdiyi kimi, prezident olan kimi Ukrayna müharibəsini bitirəcəyini söyləməsi olub.

Teqlər:

"Co Bayden v\u0259 Tramp 4 il sonra debata \u00e7\u0131x\u0131blar"

Əlaqəli Xəbərlər