Menyu

Qaluzin: Qərb ölkələri anti-Rusiya gündəliyi ilə Cənubi Qafqaza doğru irəliləyir

Nərmin Qocamanlı
Qaluzin: Qərb ölkələri anti-Rusiya gündəliyi ilə Cənubi Qafqaza doğru irəliləyir

"Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib.

Regiondan kənar qüvvələr Cənubi Qafqaza öz proqramları ilə gəlirlər ki, bu da, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Bu gün Qərb ölkələri açıq qarşıdurma xarakterli anti-Rusiya gündəliyi ilə Cənubi Qafqaza doğru irəliləyir. Biz inanırıq ki, bu, sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək. Regional təhlükəsizliyi müvafiq region dövlətlərinin səyləri ilə ən effektiv şəkildə təmin etmək olar. Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq"-deyə Qaluzin bildirib.

Teqlər:

"Qaluzin: Q\u0259rb \u00f6lk\u0259l\u0259ri anti-Rusiya g\u00fcnd\u0259liyi il\u0259 C\u0259nubi Qafqaza do\u011fru ir\u0259lil\u0259yir"

Əlaqəli Xəbərlər