Menyu

Hikmət Hacıyev: "Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir"

Hikmət Hacıyev: "Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir"

Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənsitan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.//apa

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev: \"Fransan\u0131n C\u0259nubi Qafqazla ba\u011fl\u0131 siyas\u0259ti z\u0259r\u0259rlidir\""

Əlaqəli Xəbərlər