Avstriya səfiri IEA rəhbəri ilə iqlim dəyişikliyi məsələlərini müzakirə edib
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Vyanada Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Görüş zamanı tərəflər IEA-nın fəaliyyətinə, enerji balansının şaxələndirilməsinə, bərpa olunan enerji mənbələrinin roluna və iqlim dəyişikliyi problemlərinin həllinə toxunublar.
Türkiyənin BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi Levent Ehler də görüşdə iştirak edib.
Teqlər:
"Avstriya s\u0259firi IEA r\u0259hb\u0259ri il\u0259 iqlim d\u0259yi\u015fikliyi m\u0259s\u0259l\u0259l\u0259rini m\u00fczakir\u0259 edib"