Menyu

Rəhman Mustafayev Haaqa İqlim Konfransında COP29 gündəliyi haqqında danışıb

Rəhman Mustafayev Haaqa İqlim Konfransında COP29 gündəliyi haqqında danışıb

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqa İqlim və Təhlükəsizlik Konfransında bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi barədə danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Erasmus Universiteti, Beynəlxalq Sosial Tədqiqatlar İnstitutu və Humanitar Tədqiqatlar Mərkəzinin birgə təşkil etdiyi Haaqa İqlim və Təhlükəsizlik Konfransında iştirak etməkdən şərəf duydum. Burada Azərbaycanın COP29-da ədalətli və əhatəli müzakirə prosesi yaratmaq səyləri, eləcə də enerji keçidi sahəsində ölkənin siyasəti və nailiyyətləri haqqında danışdım”, - paylaşımda qeyd edilib. 

Teqlər:

"R\u0259hman Mustafayev Haaqa \u0130qlim Konfrans\u0131nda COP29 g\u00fcnd\u0259liyi haqq\u0131nda dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər