Türkiyənin xarici işlər naziri Moskvada Narışkinlə danışıqlar aparıb
Bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sabah" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilirdi.
Mənbələrin məlumatına görə, görüşlərdə Ukraynadakı nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub.