AAYDA: Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq
Nərmin Qocamanlı
Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.
Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, deyə, məlumatda deyilir.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
Teqlər:
"AAYDA: Sabah Bak\u0131da yol qov\u015fa\u011f\u0131nda t\u0259mir i\u015fl\u0259rin\u0259 ba\u015flan\u0131lacaq"