Menyu

Bıçaqla qohumunu öldürməyə cəhd edən şəxs tutulub

Nərmin Qocamanlı
Bıçaqla qohumunu öldürməyə cəhd edən şəxs tutulub

Mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bərdə rayon prokurorluğundan "Operativ Media"ya məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.   

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Teqlər:

"B\u0131\u00e7aqla qohumunu \u00f6ld\u00fcrm\u0259y\u0259 c\u0259hd ed\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər