Menyu

Bank kartından 2200 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bank kartından 2200 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Əsədullayev saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bank kart\u0131ndan 2200 manat o\u011furlamaqda \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər