Menyu

Şirvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər aşkar edilib

Nərmin Qocamanlı
Şirvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər aşkar edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. 

Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"\u015eirvanda yetkinlik ya\u015f\u0131na \u00e7atmayanlara t\u00fct\u00fcn m\u0259mulatlar\u0131 satan \u015f\u0259xsl\u0259r a\u015fkar edilib"

Əlaqəli Xəbərlər