Zərdabda su kanalından qumbara və pulemyot aşkarlanıb
Nərmin Qocamanlı
Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Teqlər:
"Z\u0259rdabda su kanal\u0131ndan qumbara v\u0259 pulemyot a\u015fkarlan\u0131b\u00a0"