Menyu

COP29 ziyarətçiləri qəbul etməyə hazırdır

Nərmin Qocamanlı
COP29 ziyarətçiləri qəbul etməyə hazırdır

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ziyarətçiləri qəbul etməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktor Nərmin Carçalova sessiyanın baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

"Azərbaycan bu tədbirə ev sahibliyi etmək niyyətini öz potensialını nəzərə alaraq təqdim edib. Fevralda BMT-nin fakt araşdırıcı missiyasını ölkəmizdə qəbul etdik, onlar da hotellərlə, yerləşdirmə imkanları ilə bağlı araşdırmalar apardılar və imkanlarımızı yüksək qiymətləndirdilər. Hazırda təşkilatın komandası analiz aparır", - deyə o qeyd edib.

Teqlər:

"COP29 ziyar\u0259t\u00e7il\u0259ri q\u0259bul etm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər