Menyu

Bayram günlərində 10 mindən çox adama təcili yardım çağırılıb

Nərmin Qocamanlı
Bayram günlərində 10 mindən çox adama təcili yardım çağırılıb

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Təcili tibbi yardım xidmətinə 10-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.

Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospitalizasiya olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospitalizasiya olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 10 mind\u0259n \u00e7ox adama t\u0259cili yard\u0131m \u00e7a\u011f\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər