Menyu

Goranboyda qadının qətli ilə bağlı cinayət işi başlanıb, oğlu tutulub - YENİLƏNİB

Goranboyda qadının qətli ilə bağlı cinayət işi başlanıb, oğlu tutulub - YENİLƏNİB

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Goranboy rayon prokurorluğun dan "Operativ Media"ya verilən məlumata görə, aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

18:50

 

Goranboyda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.

Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Goranboyda qad\u0131n\u0131n q\u0259tli il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b o\u011flu tutulub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər