Menyu

İranın Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib

İranın Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib

İranın Dəməşqdə yerləşən və bir neçə gün əvvəl hücuma məruz qalan konsulluğu fəaliyyətini bərpa edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, yeni konsulluq binası əvvəlki konsulluğa bitişikdir. 

Qeyd edək ki, İranın sözügedən konsulluğunda İsrailin zərbələri nəticəsində iki general daxil olmaqla SEPAH-ın 7 yüksək səviyyəli zabiti ölüdürülüb.

Əlaqəli Xəbərlər