Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən meşə massivinin kənarından 1-i yivli olmaqla 2 ədəd ov tüfəngi və həmin silahlara məxsus 1000 ədəd patron aşkar edilərək götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Profilaktik tədbirlər zamanı isə rayon sakini atasından qalan müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvilv erib.