Menyu

NİİM yük avtomobili sürücülərinə müraciət edib

Nərmin Qocamanlı
NİİM yük avtomobili sürücülərinə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edib.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir:

"Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda mədudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".

Teqlər:

"N\u0130\u0130M y\u00fck avtomobili s\u00fcr\u00fcc\u00fcl\u0259rin\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər