Zəngilanın Ağalı kəndində ilk əmək yarmarkası keçirilib
Nərmin Qocamanlı
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilanın Ağalı kəndində ilk dəfə əmək yarmarkası təşkil olunub.
Bu barədə "Operativ Media"ya DMA-dan məlumat verilib.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 26 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 253 vakansiya təqdim edilib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub və onların təqdim etdiyi vakansiyalarla maraqlanıblar.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Teqlər:
"Z\u0259ngilan\u0131n A\u011fal\u0131 k\u0259ndind\u0259 ilk \u0259m\u0259k yarmarkas\u0131 ke\u00e7irilib"