Menyu

850-dən çox işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb olunub

Nərmin Qocamanlı
850-dən çox işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 850-dən çox işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

Bu barədə "Operativ Media"ya DMA-dan məlumat verilib.

Bildirilib ki, onlardan 223 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və eyni zamanda Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 631 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.

Qeyd edək ki, hazırda Agentlik tərəfindən peşə hazırlığı istiqamətində 130 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.  

Teqlər:

"850-d\u0259n \u00e7ox i\u015fsiz v\u0259 i\u015faxtaran \u015f\u0259xs pe\u015f\u0259 haz\u0131rl\u0131\u011f\u0131 kurslar\u0131na c\u0259lb olunub"

Fotogalereya

Əlaqəli Xəbərlər