Maştağada qazanxanadan 13 min manatlıq oğurluq edilib
Nərmin Qocamanlı
Martın 9-na keçən gecə Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Ma\u015fta\u011fada qazanxanadan 13 min manatl\u0131q o\u011furluq edilib"