Menyu

Fatih Terimli "Panatinaikos" "Olimpiakos"u məğlub etdi

Əziz Əzizli
Fatih Terimli "Panatinaikos" "Olimpiakos"u məğlub etdi

Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" Yunanıstan Superliqasının pley-off mərhələsində səfərdə "Olimpiakos"u 3:1 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda keçirilən pley-off mərhələsinin ilk həftə matçında "Olimpiakos" "Panatinaikos"u qəbul edib.

Meydan sahibləri Daniel Podensin 23-cü dəqiqədə vurduğu qolla 1-0 önə keçsələr də, bu üstünlüyünü qoruya bilməyiblər."Panatinaikos" sonrada 3 qol vuraraq 3-1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə 59 xalı olan “Panatinaikos” “Olimpiakos”u 57 xalla geridə qoyub və üçüncü pillədə qərarlaşıb.

Teqlər:

"Fatih Terimli \"Panatinaikos\" \"Olimpiakos\"u m\u0259\u011flub etdi"

Əlaqəli Xəbərlər