Menyu

"Qarabağ"ın rəqibi qələbə qazandı

Əziz Əzizli
"Qarabağ"ın rəqibi qələbə qazandı

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer" Bundesliqada 25-ci tur oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Leverkuzen təmsilçisi "Volfsburq"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bayer" - "Volfsburq" - 2:0

Qollar: Tella, 37, Virtz, 87

Qırmızı vərəqə: Jenz, 28 ("Volfsburq")

Beləliklə, Xabi Alonsonun baş məşqçisi olduğu komanda məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. "Bayer" hazırda 67 xalla Bundesliqanın lideridir. "Bavariya" 57 xalla 2-ci, "Ştutqart" 53 xalla 3-cüdür.

Qeyd edək ki, "Bayer"in "Qarabağ"la cavab görüşü martın 14-ü keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n r\u0259qibi q\u0259l\u0259b\u0259 qazand\u0131"

Əlaqəli Xəbərlər