DGK sədrinin Zərdabda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Nərmin Qocamanlı
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun martın 15-nə nəzərdə tutulmuş vətəndaşlarla görüşü martın 14-nə keçirilib.
DGK-dən "Operativ Media"ya bildirilib ki, komitə sədri Şahin Bağırov martın 14-də saat 10:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Görüş zamanı Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar 195 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.