Menyu

Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - ADY

Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - ADY

26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

"Operativ Media" bu barədə "Azərbaycan Dəmir Yolları "QSC -yə istinadən xəbər verir.

Məlumata görə, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.

 

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Teqlər:

"Bak\u0131 s\u0259rni\u015fin stansiyas\u0131nda \u201cStadler\u201d qatar\u0131nda q\u0131saqapanma ba\u015f verib - ADY"

Əlaqəli Xəbərlər