Belqorodda hərbi təyyarə qəzasında ölənlərin sayı açıqlanıb - YENİLƏNİB 2
Nərmin Qocamanlı
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan Rusiya təyyarəsində olan 74 nəfərin hamısının həlak olduğu bildirilib.
***
14:11
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
***
13:21
Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
"Operativ Media" Rusiyanın “112” teleqram kanalına istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.