Monqolustanda partlayış nəticəsində 24 nəfər ölüb
Əziz Əzizli
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 24 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə “CentralAsia” nəşri məlumat yayıb.
Hadisəyə səbəb yol qəzası olub. Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib.
Partlayış dalğası hətta episentrdən yüzlərlə metr aralıda da hiss olunub.
İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir. Bu rəqəmlər hələ ki, rəsmi təsdiqini tapmayıb.
Yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net