Menyu

TBMM-in Baş Assambleyasında İsveçin NATO-ya qatılması ilə bağlı müzakirələr başlayıb

TBMM-in Baş Assambleyasında İsveçin NATO-ya qatılması ilə bağlı müzakirələr başlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyada İsveçin NATO-ya qəbulu üçün protokolun təsdiqi ilə bağlı təklif olunan qanunun müzakirəsinə başlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Səsvermə İsveçin NATO-ya üzv olmaq istəyinə qərar verəcək. Qərar parlamentin Baş Assambleyası tərəfindən qəbul olunarsa, İsveç NATO-ya üzvlük prosesini irəli apara biləcək. Əks halda İsveç üçün proses yenidən başlayacaq.

Qeyd edək ki, yeni üzv ölkənin NATO-ya qəbul edilməsi üçün bütün üzv dövlətlərin parlamentləri üzvlük protokollarını qəbul etməlidir.

31 üzvü olan NATO-da indiyədək 29 üzv İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Türkiyə və Macarıstanda proses hələ də davam edir.

Əlaqəli Xəbərlər