Rusiya bu il qitələrarası ballistik raketlərin 7 buraxılışını həyata keçirəcək
Redaksiya
Rusiya Strateji Raket Qüvvələri 2024-cü ildə qitələrarası ballistik raketlərin 7 buraxılışını həyata keçirməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, son 5 ildə Strateji Raket Qoşunları perspektivli raket sistemlərinin sınaqları və təlimləri çərçivəsində artıq qitələrarası ballistik raketlərin 20-dən çox buraxılışını həyata keçirib.