Yaponiyanın xarici işlər naziri Kiyevə səfər edəcək
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat yayıb.
"Nazir Kamikava yanvarın 7-də Ukraynaya səfər edəcək və bir sıra görüşlər, o cümlədən xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirəcək. Səfər zamanı nazir Kamikava Ukrayna tərəfinə Yaponiyanın Ukraynanı dəstəkləmək üzrə ardıcıl siyasətinin dəyişməz qalacağını bir daha təsdiq edəcək.”, - XİN-in bəyanatında deyilir.
Bundan əlavə, Kamikava Ukraynanın bərpası ilə bağlı məsələləri, xüsusən fevralın 19-da Tokioda keçiriləcək və Ukraynanın baş naziri Denis Şmıqalın iştirak edəcəyi iqtisadi dirçəliş üzrə Yaponiya-Ukrayna konfransının keçirilməsini müzakirə edəcək.
Əlavə edilib ki, səfər zamanı Kamikava qışa hazırlıq üçün irihəcmli enerji avadanlıqlarının Ukraynaya təhvil verilməsi mərasimində iştirak edəcək.