Menyu

2023-cü ildə Türkiyənin əsas enerji təchizatçısı olan ölkənin adı açıqlanıb

2023-cü ildə Türkiyənin əsas enerji təchizatçısı olan ölkənin adı açıqlanıb

Rusiya 2023-cü ildə Türkiyəyə əsas təbii qaz və neft tədarükçüsü mövqeyini qoruyub.

"Operativ Media" bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, təkcə 2023-cü ilin oktyabrında Türkiyənin neft idxalının 49,93%-i Rusiya Federasiyasından olub. 

Rusiya Türkiyəyə əsas təbii qaz ixracatçısıdır. Belə ki, 2023-cü ilin oktyabrında Rusiyanın Türkiyə qaz idxalında payı 59,14% təşkil edib.

Qeyd edək ki, “Hürriyet” Rusiya tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu layihəsi"ni ikitərəfli ticari-iqtisadi əməkdaşlığın simvollarından biri adlandırıb.

Əlaqəli Xəbərlər