Moldova 2024-cü ildə Aİ-dən 300 milyon avro alacaq
Nərmin Qocamanlı
Moldova 2024-cü ildə Avropa İttifaqından 300 milyon avro alacağını gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Parlamentin İqtisadiyyat, Büdcə və Maliyyə Komissiyasının sədri Radu Marian bildirib.
Qeyd olunub ki, Aİ-nin dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldova ilə Avropa İttifaqının gələcək üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərara alınıb .