Ermənistanın Daxili İşlər Nazirliyi Samvel Şahramanyana xəbərdarlıq edib
Redaksiya
Ermənistanın Daxili İşlər Nazirliyinin polis patrulları Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri olmuş Samvel Şahramanyanın avtomobilini saxlayaraq xəbərdarlıq ediblər.
"Operativ Media" Tert.am-a istinadən xəbər verir ki, buna səbəb Şahramanyanın İrəvanda mühafizəçi və kortejlə gəzməsi olub.
Nazirliyin mətbuat katibi Narek Sarkisyan məlumatı təsdiqləyib, bildirib ki, bu barədə Samvel Şahramanyana xəbərdarlıq edilib.