Menyu

Qırğızıstanın dövlət borcu 6 milyard dolları keçib

Nərmin Qocamanlı
Qırğızıstanın dövlət borcu 6 milyard dolları keçib

2023-cü ilin oktyabrın sonunda Qırğızıstanın dövlət borcu (xarici və daxili) 6 milyard 590 min dollar (535 milyard 972,58 milyon som) təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 4 milyard 482,43 milyon dollar (400 milyard 370,38 milyon som) xarici, 1 milyard 518,16 milyon dollar (135 milyard 602,2 milyon som) daxili borcdur.

Əlaqəli Xəbərlər