Ana səhifə / Dünya / İranın hərbi müşaviri Suriyada İsrailin zərbəsi nəticəsində öldürülüb İranın hərbi müşaviri Suriyada İsrailin zərbəsi nəticəsində öldürülüb 25.12.2023, 21:11 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Razi Musəvi İsrailin hücumu nəticəsində Suriyada ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Məlumata görə, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb. Lakin onu xilas etmək mümkün olmayıb. Bundan əvvəl "Şam FM" radiostansiyası Suriya paytaxtının ətrafındakı Seyidə Zeynəb bölgəsində partlayış baş verdiyini bildirmişdi.
14.06.2026, 21:19 Pit Heqset: İranın nüvə yanacağı ABŞ-nin və ya beynəlxalq təşkilatların nəzarəti altında olacaq
14.06.2026, 21:00 Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib