Türkiyə səfiri KOBİA sədri ilə Lənkəranda çay və çəltik istehsalı ilə tanış olub
Nərmin Qocamanlı
"Lənkəranda çay və çəltik istehsalı ilə yerində tanışlıq üçün Türkiyənin səfiri Cahid Bağçı ilə "Best-Tarım"ın çay və çəltik plantasiyalarında, çay fabrikində və çəltik sexində olduq".
"Operativ Media" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov "X"də bildirib.
"800-ə yaxın işçinin çalışdığı müəssisələrdə istehsala, ixraca dair fikir mübadiləsi apardıq", - deyə sədr qeyd edib.