Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində danışıqlar aparır
Nərmin Qocamanlı
Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərlə bağlı danışıqlara başlayıblar.
"Operativ Media" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
O, qeyd edib ki, Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində demək olar ki, bütün müqavilələr vaxtında və "yüksək keyfiyyətlə" tamamlanıb.
"Hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur. Bəzi müqavilələrdə Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, Rusiya və Ermənistanın müvafiq struktur bölmələri arasında dialoqda həll olunan işçi məsələlərdir.”, - o, TASS-a müsahibəsində bildirib.