Ana səhifə / Dünya / Banqladeşdə sərnişin qatarı yandırılıb Banqladeşdə sərnişin qatarı yandırılıb 20.12.2023, 10:43 Nərmin Qocamanlı Banqladeşdə etirazçılar içərisində ana və uşağın da olduğu qatarın vaqonlarını yandırıblar. “Operativ Media” "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər yanaraq həyatını itirib. Məlumata görə, 3 yaşlı uşağın cansız bədəni anası ilə bir yerdə tapılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, etirazçılar gələn ay keçiriləcək ümumi seçkilər ərəfəsində hökumətin istefaya getməsini tələb edirlər.
14.06.2026, 21:19 Pit Heqset: İranın nüvə yanacağı ABŞ-nin və ya beynəlxalq təşkilatların nəzarəti altında olacaq
14.06.2026, 21:00 Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib